AZ

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Nazir:

Bakı, 3 may, AZƏRTAC

“Azərbaycanda həyata keçirilən sosial siyasətin əsası vətəndaşların rifahıdır. Onların həyat şəraitinin yaxşılaşdırılması bizim əsas məqsədimizdir”.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, ölkədə son 5 il ərzində inqilabi sosial islahat paketləri həyata keçirilib: “Minimum əmək haqqı 2,7 dəfə artırılıb. Eyni zamanda, əmək müqaviləsinin leqallaşdırılması üzrə işlər görülüb. Məhz bu səbəbdən leqal əmək müqaviləsinin sayı 40 faiz artıb. Özəl sektorlarda isə bu göstərici 90 faizdir”.

S.Babayevin sözlərinə görə, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və digərləri ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla