AZ

ISW: Putin Priqojinin tərəfdarı ilə Şoyqunu cəzalandırmaq üçün görüşdü

"Rusiya prezidenti Vladimir Putin mayın 2-də "ÇVK Vaqner" bağlılığı ilə tanınan Tula vilayətinin qubernatoru Aleksey Dyuminlə görüşdü. Bu onu deməyə əsas verir ki, Kreml rəhbəri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səlahiyyətlərini azaltmağa, onu rəqibləri ilə balanslaşdırmağa və Moskvanın hərbi məqsədlərinə nail ola bilmədiyi üçün ordu generalını cəzalandırmağa çalışır".

News365.az xəbər verir ki, bu fikirlər ABŞ-nin məşhur Müharibə Araşdırmaları İnstitutunun (ISW) yaydığı növbəti hesabatdandır. 

Hesabata əsasən, görüş zamanı Dyumin Putinə əsasən Tula vilayətinin müharibəyə verdiyi töhfələr barədə danışıb: "O, üç mövzuya diqqət yetirib. Bunlar Ukrayna müharibəsində iştirak etmiş döyüşçülərin dəstəklənməsi və yaşayış şəraitlərinin yaxşılaşdırılması, Rusiyanın müdafiə sənayesi bazasının təkmilləşdirilməsi və Tula vilayətində tibb sisteminin təkmilləşdirilməsi olub".

Analitiklər qeyd ediblər ki, Dyuminin prezidentə hesabat verməsi 2023-cü ildə "ÇVK Vaqner"in rəhbəri Yevgeni Priqojinin itirilməsindən sonra Putinin rəğbətini qazanmaq cəhdi kimi görünüb.

Dyumin 2022 və 2023-cü illərdə dəfələrlə Priqojinin tərəfini tutaraq onun müdafiə naziri Sergey Şoyqunu əvəzləyəcəyinə ümid edib.

ISW ehtimal edir ki, Putin Şoyqunu cəzalandırmaq üçün onun müavini Timur İvanovu həbsə atması təsadüfi hal deyil. Məhz bu səs-küylü həbsdən sonra, mayın 7-də prezidentin andiçmə mərasimindən əvvəl Dyuminlə görüş təşkil etməsi qəsdən atılmış addım olub.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
50
Mənbələr
Şərh ()
Bağla