AZ

Umud Mirzəyev: “Söz azadlığını tanımadan xoşbəxt cəmiyyət qurmaq qeyri-mümkündür”

“Söz azadlığı, söz haqqı demokratik quruluşların, cəmiyyətlərin, dövlətlərin, ölkələrin təməl prinsipidir. İnsanların söz haqqını, söz azadlığını tanımadan xoşbəxt cəmiyyət qurmaq qeyri-mümkündür. Vətəndaş cəmiyyəti hər kəsin öz fikirlərini sərbəst ifadə etdiyi zaman formalaşa bilir”.

Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a Ümumdünya Dünya Mətbuat Azadlığı Günü ilə bağlı fikir bildirərkən deyib. 

Fond rəhbərinin sözlərinə görə, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi hər il qeyd edilir:

“BMT-nin qəbul etdiyi bu qərar "Ümumdünya insan hüquqları bəyannaməsi"nin 19-cu maddəsində göstərilmiş fikir və ifadə azadlığı hüquqlarına istinad edir. Həmin maddədə yazılır : “Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir”. 

U.Mirzəyev qeyd etdi ki, BAMF yarandığı gündən hər il Mətbuat Azadlığı Gününü özəl gün kimi qeyd edib. 

“Həmkarlarımızla həmrəy olmağa çalışmışıq. Azərbaycanda da bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər”.

U.Mirzəyev son olaraq jurnalistlərin hüquqlarının qorunmasının zəruriliyi barədə məlumatlılığı artırmağın, habelə münaqişələr haqqında obyektiv məlumatların yayılmasının, peşə fəaliyyətlərinin dəstəkləməsi üçün birlikdə çalışmaların həyata keçirilməsinin vahid platforma çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla