AZ

Məşhur şirkət ləğv olunur – Tenderlərdən milyonlar qazanıb


Laboratoriya avadanlıqlarının satışı üzrə ixtisalaşmış aparıcı şirkətlərdən biri olan “Sem Az” MMC-yə bağlı olan “Sem Az Laboratoriya Cihazları” MMC ləğv olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ləğv olunan MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Massiv 1 küçəsi, ev 2, mənzil 11-də yerləşir.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Fikrət oğludur.
“Sem Az” MMC isə 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yerəlşir. Bu şirkətin də qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.
Qeyd edək ki, “Sem Az Laboratoriya Cihazları” MMC dövlət qurumlarını laboratoriya avadanlıqları ilə təmin edən əsas şirkətlərdən biridir. “Sem Az” MMC bu günə kimi dövlət qurumlarının keçirdiyi onlarla tender müsabiqəsinin qalibi olub.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq