AZ

“Mançester Yunayted” türkiyəli futbolçu ilə maraqlanır

Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Barış Yılmaz İngiltərə klublarının diqqər mərkəzindədir.

Msport.az “HITC” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Aston Villa”, “Tottenhem” və “Brayton” oyunçu ilə maraqlanır.

O, çoxyönlü olduğu üçün komandaların diqqətini çəkib. B. Yılmaz cari mövsüm sağ vinger, müdafiənin sağında, sol və mərkəz hücumçusu kimi oynayıb.

Qeyd edək ki, futbolçu cari mövsüm bütün turnirlərdə 51 matçda 6 qolla yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla