AZ

"Beşiktaş"da qərar günü: Yeni baş məşqçi bəlli olur

"Beşiktaş"ın prezidenti Həsən Arat bu gün İstanbula qayıdıb, məşqçi məsələsini rəhbərliklə müzakirə edib və görüşdən sonra yekun qərar veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk olaraq Hansı Fliklə əlaqə saxlayan prezident, almaniyalı mütəxəssisin 7 milyon avro maaş tələb etməsindən sonra danışıqları bitirib. 

Daha sonra Nuri Şahinlə görüşən Həsən Arat gənc məşqçi ilə "Beşiktaş"ın hazırkı durumu və gələcəyi ilə bağlı fikir mübadiləsi aparıb.

Nuri Şahinin də hesabat hazırladığı və Həsən Arata təqdim etdiyi bildirilib.

Digər tərəfdən, Sergen Yalçının Səməd Aybabadan sonra Həsən Aratla telefon danışığı olduğu, lakin müsbət nəticə əldə olunmadığı qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla