AZ

Ukraynalı generaldan etiraf: “An məsələsidir, ruslar...”

Donetsk vilayətinin Çasiv Yar şəhərinin ələ keçirilməsi an məsələsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Vadim Skibitski deyib.

Onun sözlərinə görə, bu strateji yüksəklik Rusiya qüvvələrinin Donetskin sonuncu şəhərlərinə doğru irəliləməsi üçün açardır. Çasiv Yar darmadağın edilən Avdivin taleyini yaşayır.

“Əlbəttə, bu gün və ya sabah deyil, amma hər şey ehtiyatlarımızdan asılıdır”, - Skibitski əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
teleqraf.com

1Mənbələr