AZ

Gürcüstanın baş naziri ABŞ-yə getməkdən imtina etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə səfərə yollanmaqdan imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb. 

Bildirilir ki, buna səbəb ABŞ-nin Qaribaşvilini ölkəyə bir şərtlə dəvət etməsi olub. Sözügedən şərt isə səfərə qədər ölkə parlamenti tərəfindən müvəqqəti olaraq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsinin dayandırılması olub: “Qarşıya şərt qoyularaq həyata keçirilən səfər tərəfdaşlıq ruhuna uyğun gəlmir”.

Qeyd edək ki, ABŞ-nin Tbilisidəki səfiri Robin Danniqan Gürcüstan rəhbərliyinin etirazlara səbəb olan həmin qanun layihəsini qəbul etməklə bağlı qərarını şərh edib. O bildirib ki, son həftələrdə Gürcüstan hökumətinin verdiyi qərarlar ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırıb. Səfir qeyd edib ki, bu yaxınlarda Gürcüstan hökumətinin yüksəkvəzifəli rəsmiləri strateji tərəfdaşlıq və ABŞ-nin yardımı ilə bağlı istənilən məsələni nəzərdən keçirmək üçün ölkəyə dəvət olunublar.

Onu da xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilməlidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
50
Mənbələr
Şərh ()
Bağla