AZ

Hindistan Rusiyadan neft alışını rekord səviyyəyə çatdırıb

Hindistan aprel ayında gündəlik 1,96 barel Rusiya nefti alıb ki, bu da 2023-cü ilin iyulundan bəri ən yüksək göstəricidir.

Bu barədə “Operativ Media" “Kpler” analitik agentliyinin məlumatlarına istinadən xəbər verir.

Mart ayı ilə müqayisədə tədarük həcmi təxminən 19% artıb. Ayın sonuna olan məlumata görə, Hindistanın ümumi neft idxalında Rusiya xammalının payı 40,3% təşkil edib.

Qeyd edək ki, fevralın sonunda Vaşinqton Rusiyanın dövlət gəmiçilik şirkəti "Sovcomflot"u və onunla əlaqəli 14 tankeri qara siyahıya salıb. Bunun ardınca Hindistanın neft emalı zavodları ikinci dərəcəli sanksiyalardan qorxaraq "Sovcomflot" tankerlərinin çatdırılmasından imtina etməyə başlayıb. Lakin bu, qısamüddətli olub. Gəmi izləmə məlumatları keçən həftə ən azı iki "Sovcomflot" tankerinin Hindistan limanlarına neft tökdüyünü göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla