AZ

Kitabxanalardan tarixi rus kitablarını oğurlayanlar tutuldu

Yazını böyüt
Yazını kiçilt

Fransa polisi digər Avropa İttifaqı ölkələrindəki həmkarları ilə birlikdə Avropa kitabxanalarından əntiq kitabları oğurlayan dəstəyə qarşı əməliyyat keçirib.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, son iki ildə rus yazıçı və şair Puşkinin və 19-cu əsrdə iz qoymuş digər rus yazıçıların 170-dən çox nadir antikvar kitabı oğurlanıb. Bu oğurluqlarla bağlı Gürcüstandan olan 9 nəfər, o cümlədən yaxın qohumları saxlanılıb.

Şübhəlilərdən 4-ü Gürcüstanda həbs edilib və onlardan təxminən 150 oğurlanmış kitab götürülüb. Üç nəfəri Fransa polisi saxlayıb, ikisi Estoniya və Litvada tapılıb. Saxlanılan cinayətkarlar nadir kitabların bir hissəsini Rusiyada ikinci əl kitab auksionları vasitəsilə satmağa nail olduqlarını bildiriblər.

Fransanın planlaşdırdığı və koordinasiya etdiyi “Puşkin əməliyyatı” dəstənin tarixi kitabları necə saxtakarlıqla əvəz etdiyini ortaya çıxarıb. Şübhəlilər Avropa kitabxanalarından nadir rus nəşrlərini götürüblər. Daha sonra işçilərin diqqətsizliyindən istifadə edərək, bu kitabları saxta kitablarla əvəz etməyə nail olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla