AZ

280 işıq ili uzadakı planetdə hava hadisələri müşahidə olunub

Yazını böyüt
Yazını kiçilt

NASA müəyyən edib ki, hava hadisələri planetimizdən 280 işıq ili uzaqlıqda yerləşən bir planetdə də baş verir.

Hafta.az-ın “Newsweek”ə istinadən yazdığına görə, James Webb Kosmik Teleskopunun apardığı ölçmələrə görə, WASP-43 b adlı ekzoplanetdə havanın temperaturu Selsi üzrə 1250 dərəcəyə çatır. Ən aşağı temperatur 600 dərəcə Selsidir.

Küləyin saatda 8 min kilometr sürətlə əsdiyi ekzoplanet orbitində WASP-43 ulduzu ilə “qravitasiya kilidi”ndədir. Buna görə də WASP-43 b-nin bir tərəfi həmişə bu ulduza baxır. Ekzoplanetlə onun ulduzu arasındakı məsafə təxminən 2 milyon kilometrdir.

Bu xüsusiyyətləri ilə WASP-43 b, ulduzlarına yaxınlığı və yüksək atmosfer səthi temperaturlarına görə "isti Yupiterlər" adlanan ekzoplanetlər sinfindədir.

Webb Teleskopunun məlumatlarını 3D iqlim modelləşdirmə proqramları ilə araşdıran elm adamları ekzoplanetin qaranlıq tərəfindəki səmanın sıx buludlarla örtüldüyünü aşkar ediblər.

Aprelin 30-da nəzərdən keçirilən “Nature Astronomy” jurnalında dərc edilən araşdırmada ekzoplanetin öz ulduzuna baxan tərəfində səmanın həmişə aydın olduğu görülüb.

Tədqiqatın həmmüəllifi Taylor Bell ekzoplanetin ilk dəfə 2011-ci ildə kəşf edildiyini, Hubble Kosmik Teleskopu və Spitzer Kosmik Teleskopu ilə aparılan müşahidələrin də tədqiqatda istifadə edildiyini bildirib.

Bell araşdırmanın nəticələri ilə bağlı deyib: "Hubble” ilə ekzoplanetin gündüz tərəfində su buxarının olduğunu görə bildik. Həm “Hubble”, həm də “Spitzer”dən topladığımız məlumatlar gecə tərəfində buludların ola biləcəyinə də işarə etdi. Bununla belə, temperatur, bulud quruluşu və külək kimi detallar üçün Webb-dən daha dəqiq ölçmələrə ehtiyacımız vardı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla