AZ

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Milli

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Məlumat bazası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Beynəlxalq ekoloji konvensiyalar”, “Azərbaycan Respublikasında ekoloji siyasət”, “İşğaldan azad edilmiş ərazilərdə ekosistem”, “İDEA” İctimai Birliyi”, “Yaşıl marafon”, “Ekoloji təqvim”, “Ekosistemin qorunması” “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Yasil_Dunya/index.html linkindən istifadə edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
36
Mənbələr
Şərh ()
Bağla