AZ

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

BMT

Bakı, 3 may, AZƏRTAC

BMT Baş Assambleyası 2026-cı ilin “Beynəlxalq Qadın Fermer İli” elan olunması barədə qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, qətnamə qadın fermerlərin aqro-ərzaq sistemlərində üzləşdiyi maneələrə, habelə bu sahədə həyata keçirilə biləcək təşəbbüslərə, siyasətlər və tədbirlər haqqında məlumatlılığın artırılmasına yönəlmiş fəaliyyətlərdən bəhs edir.

Bildirilib ki, bu məsələləri həll edərək gender bərabərliyinə və kənd təsərrüfatında bütün qadınların səlahiyyətlərinin artırılmasına nail olmaq mümkündür.

BMT Baş Assambleyası Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını (FAO) regional agentlikləri ilə birlikdə qətnamənin həyata keçirilməsi üçün çalışmağa çağırıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
azertag.az

1Mənbələr