AZ

“Traktor”un ispaniyalı baş məşqçisi istefa verib

Güney Azərbaycanın “Traktor” klubunun baş məşqçisi istefa verib

Məlumata görə, İran mediası baş məşqçi Pako Xemesin istefa səbəbini “Traktor”un İsfahan təmsilçisi qarşısında 1:4 hesablı məğlubiyyəti ilə əlaqələndirib.

Təbriz klubunun baş direktoru Huşəng Nəsirzadə isə bunu təkzib edərək, Pako Xemesin siyasi və təhlükəsizlik məsələlərinə görə istefa verdiyini deyib.

Qeyd edək ki, Braziliyanın İrandakı səfirliyi də "Traktor"da çıxış edən Qustav Vaqnindən İranı tərk etməsini istəyib.

Mənbə: Tasnimnews.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla