AZ

Bakıda IV Beynəlxalq Autizm festivalı keçirilib

Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə fəvvarələr meydanında IV Beynəlxalq Autizm festivalı keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əliyeva məlumat verib: "Prezidenti olduğum Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə fəvvarələr meydanında IV Beynəlxalq Autizm festivalı baş tutdu. Artıq ənənəvi olaraq hər il keçirilən Autizm festivalı Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Paşa Holdinqin sponsorluğu ilə 1 May 2024-cü il tarixdə paytaxt Bakının Fəvvarələr Meydanında təşkil edilmişdi. 
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri, Türk Dövlətləri Autizm Federasiyasına üzv olan dövlətlərin nümayəndələri, eləcə də bu sahədə fəaliyyət göstərən bir çox QHT-lər, ictimai birliklər, psixoloji mərkəzlər və s. iştirak edirdi. 
Açıq havada gerçəkləşdirilən tədbirdə autizm spektrli pozuntusu olan şəxslərin bir-birindən maraqlı və rəngarəng əl işləri sərgiləndi. Bu isə bir daha göstərdi ki, istedad və qabiliyyət sərhəd tanımır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla