AZ

İyul ayı Srebrenitsa Soyqırımını Anma Günü elan edilsin

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına Srebrenitsa Soyqırımını Anma Gününün elan edilməsi ilə bağlı qətnamə layihəsi göndərilib.

Hafta.az-ın yazdığına görə, qətnamə layihəsində iyulun 11-nin Srebrenitsa Soyqırımını Beynəlxalq Anma Günü elan edilməsi tələb olunur. Qətnamə layihəsində soyqırımı qurbanlarının şəxsiyyətinin müəyyən edilməsi və cəsədlərinin tapılması istiqamətində səylərin artırılmasının vacibliyi, bütün cinayətkarların məsuliyyətə cəlb edilməli olduğu vurğulanır.

Qətnamə layihəsinin nə vaxt səsverməyə çıxarılacağı hələlik məlum deyil. BMT Baş Assambleyasında hər ölkənin bir səsi var. BMT Təhlükəsizlik Şurasından fərqli olaraq heç bir ölkənin veto hüququ yoxdur. Məcburi olmasa da, Baş Assambleyanın qətnamələri siyasi çəkiyə malikdir və beynəlxalq ictimaiyyətə güclü mesaj verir. Bosniya və Herseqovinanın BMT-dəki daimi nümayəndəsi Zlatko Laqumdzija X sosial media hesabındakı paylaşımında Almaniya və Ruanda tərəfindən hazırlanan və bir çox ölkənin dəstəklədiyi qətnamə layihəsinin BMT-nin 78-ci Baş Assambleyasının sədri Dennis Fransis və bütün daimi dövlətlərin nümayəndələrinə göndərildiyini bildirib.

Serbiya prezidenti Aleksandar Vucic martın 29-da verdiyi açıqlamada qanun layihəsinin əsas məqsədinin serb xalqını liberal və müstəqil siyasətinə görə cəzalandırmaq, Kosovoya görə əlavə təzyiqlərə məruz qoymaq olduğunu deyib. Bosniya və Herseqovinadakı iki qurumdan biri olan Serb Respublikası prezidenti Milorad Dodik deyib: “Orada baş verənlər müharibənin yorğunluğundan, nifrətindən və ağrılarından sonra yaşanan bir cinayət idi, lakin bu, soyqırım deyildi. Srebrenitsada soyqırım olmayıb, bu “dəhşətli söz” bizim deyil, övladlarımızın, nəvələrimizindir”.

Dodik BMT Baş Assambleyasında Srebrenitsa soyqırımı ilə bağlı qərar veriləcəyi təqdirdə Serb Respublikası rəsmilərinin Srebrenitsada toplanaraq buranın "onlara aid olduğunu" göstərəcəklərini demişdi.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç də Serbiyanın BMT-də bu cür hərəkətlərə qarşı çıxacağını bəyan edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia qanun layihəsində məsələyə “birtərəfli” baxıldığını iddia edib.

11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında serb qoşunları tərəfindən Srebrenitsanın işğalından dərhal sonra BMT nəzdində Hollandiya əsgərləri ilə sığınan mülki bosniyalılar serblərə təhvil verilib. Bosniyalı əsgərlərin nəzarətində olan əraziyə qadın və uşaqların getməsinə icazə verən serblər, meşəlik ərazidə, fabrik və anbarlarda ən az 8372 bosniyalı kişini öldürüb, öldürülən insanlar isə kütləvi məzarlıqlara basdırılıb. Haaqa Beynəlxalq Məhkəməsi 2007-ci ildə verdiyi qərarda Srebrenitsa və onun ətrafında yaşananları keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (ICTY) sübutlarına uyğun olaraq “soyqırım” kimi qiymətləndirib. Srebrenitsada törədilən soyqırımda həyatını itirən, şəxsiyyəti müəyyən edilə bilməyən, cəsədlərinə çatmaq mümkün olmayan 1600-dən çox insan var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla