AZ

Türkiyə və Çindən Rusiyaya ixrac azaldı

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Rusiyaya ixracı ilin birinci rübündə 34 faiz azalıb. “Novye İzvetiya” portalı yazır ki, Çinin Rusiyaya ixracı da azalıb. Hər iki ölkənin ixracına təsir edən əsas problem ikinci dərəcəli sanksiyalarla bağlı narahatlıqlar səbəbindən bankların pul köçürmələrinə qarşı qoyduğu maneələr kimi göstərilib.

Hafta.az-ın yazdığına görə, bu ilin mart ayında Çinlə Rusiya arasında ticarətin həcmi 15 faiz azalıb. Portal böyük bankların Rusiya ilə ticarət çərçivəsində transfer qapılarını bağladıqdan sonra Çin ixracatçılarının sərhədə yaxın şəhərlərdə kiçik kənd təsərrüfatı banklarından və bəzi “yeraltı sxemlərdən” istifadə etməyə çalışdığını bildirib.

Portal həm Türkiyə, həm də Çinin ixracatında Rusiya bazarının payının 3,2 və 3 faiz olduğuna diqqət çəkib. Buna uyğun olaraq, Rusiyanın enerji məhsulları üçün bazarsız qaldığını bilən bu ölkələr Rusiyaya ixracı dayandırmaqdan çəkinmirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla