AZ

Satınalmalar daha fundamental transformativ təsirə malik ola bilər - Bryus Qosper

Tbilisi.Trend:

Satınalmalar daha fundamental transformativ təsirə malik olabilər.

Trend xəbərverir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) İnzibati vəKorporativ İdarəetmə üzrə vitse-prezidenti Bryus Qosper TbilisidəAİB-in illik toplantıları çərçivəsində keçirilən "Dayanıqlısatınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrininyüngülləşdiriməsi və onlara adaptasiya üzrə hədəflərinin əldəolunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

Onun sözlərinə görə, "Gələcəyə körpü" hamını, o cümlədən, AİB-inarahat edən mühüm məsələdir və bu, təbii ki, regionumuzunqrşısında duran bir sıra problemlərdəndir.

"1991-ci ildən etibarən, 1991-2020-ci illər arasında daşqınlarvə quraqlıqların, həmçinin, yanğınların vurduğu ziyan 1,5 trilyonABŞ dollarından çox olub. Bu səbəbdən bank regionun iqlim bankınaçevrilməyi qarşısında məqsəd olaraq qoyub. Təkcə ötən il - 2023-cüildə biz iqlim maliyyələşdirilməsinə 10,7 milyard ABŞ dollarıayırdıq ki, bu da 2030-cu ilə qədər 100 milyard ABŞ dollarıdəyərində öhdəliyimizin icrasına mühüm töhfədir", - o deyib.

Onun sözlərinə görə, satınalmalar hər hansı formadaiqtisadiyyatların dayanıqlılığına imkan yaratsa, daha fundamentaltransformativ təsirə malik ola bilər.

"Biz il ərzində satınalmalara 9 milyard dollardan çox vəsaitsərf edirik və bu məsələlər üzrə qəbul etdiyimiz qərarlarfundamental nəticələr verir. Əlbəttə, onlar qiymət və keyfiyyətnisbətini təmin etməlidir. Onlar düzgün qiymətə düzgün məhsulistehsal etməlidir. Lakin bunu necə etməyimiz bunun çərçivəsindənçox kənara çıxan nəticələr verə bilər.

Əlbəttə, biz iqlimə təsir, karbon izi kimi amilləri nəzərəalırıq. Biz bilirik ki, dayanıqlı inkişafı prioritetləşdirəniqtisadiyyatlar öz əməliyyat risklərini azaldır. Onlar öz sinfininən yaxşı texnologiyalarından yararlanır və biz hər gün yenitexnologiyaların yarandığını görürük. Əlbəttə ki, onlar bazardarəqabət qabiliyyətinin artmasına nail olurlar. Beləliklə, dayanıqlısatınalmalar təkcə üzləşdiyimiz bir sıra ciddi problemlərinhəllində deyil, əlbəttə ki, icmaların bu cür səylərə sərf olunanvəsaitdən daha dərindən faydalanmalarını təmin etməkdə mühüm roloynaya bilər", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla