AZ

Satınalmalar daha fundamental transformativ təsirə malik ola bilər - Bryus Qosper

Satınalmalar daha fundamental transformativ təsirə malik ola bilər.

Day.Az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) İnzibati və Korporativ İdarəetmə üzrə vitse-prezidenti Bryus Qosper Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdiriməsi və onlara adaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışında deyib.

Onun sözlərinə görə, "Gələcəyə körpü" hamını, o cümlədən, AİB-i narahat edən mühüm məsələdir və bu, təbii ki, regionumuzun qrşısında duran bir sıra problemlərdəndir.

"1991-ci ildən etibarən, 1991-2020-ci illər arasında daşqınlar və quraqlıqların, həmçinin, yanğınların vurduğu ziyan 1,5 trilyon ABŞ dollarından çox olub. Bu səbəbdən bank regionun iqlim bankına çevrilməyi qarşısında məqsəd olaraq qoyub. Təkcə ötən il - 2023-cü ildə biz iqlim maliyyələşdirilməsinə 10,7 milyard ABŞ dolları ayırdıq ki, bu da 2030-cu ilə qədər 100 milyard ABŞ dolları dəyərində öhdəliyimizin icrasına mühüm töhfədir", - o deyib.

Onun sözlərinə görə, satınalmalar hər hansı formada iqtisadiyyatların dayanıqlılığına imkan yaratsa, daha fundamental transformativ təsirə malik ola bilər.

"Biz il ərzində satınalmalara 9 milyard dollardan çox vəsait sərf edirik və bu məsələlər üzrə qəbul etdiyimiz qərarlar fundamental nəticələr verir. Əlbəttə, onlar qiymət və keyfiyyət nisbətini təmin etməlidir. Onlar düzgün qiymətə düzgün məhsul istehsal etməlidir. Lakin bunu necə etməyimiz bunun çərçivəsindən çox kənara çıxan nəticələr verə bilər.

Əlbəttə, biz iqlimə təsir, karbon izi kimi amilləri nəzərə alırıq. Biz bilirik ki, dayanıqlı inkişafı prioritetləşdirən iqtisadiyyatlar öz əməliyyat risklərini azaldır. Onlar öz sinfinin ən yaxşı texnologiyalarından yararlanır və biz hər gün yeni texnologiyaların yarandığını görürük. Əlbəttə ki, onlar bazarda rəqabət qabiliyyətinin artmasına nail olurlar. Beləliklə, dayanıqlı satınalmalar təkcə üzləşdiyimiz bir sıra ciddi problemlərin həllində deyil, əlbəttə ki, icmaların bu cür səylərə sərf olunan vəsaitdən daha dərindən faydalanmalarını təmin etməkdə mühüm rol oynaya bilər", - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
day.az

2Mənbələr