AZ

ADB rəsmisi: İqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə nazirlikləri ilə əməkdaşlıq vacibdir

Asiya İnkişaf Bankının (ADB) üzvü olan maliyyə nazirlikləri ilə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın təkmilləşdirilməsi üçün çox vacibdir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Asiya İnkişaf Bankının (ADB) iqlim dəyişikliyi və dayanıqlı inkişaf departamentinin iqlim dəyişikliyi məsələləri üzrə direktoru Noel O'Brayen bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-nin iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.

“ADB artıq təşəbbüsün icrasına başlayıb ki, biz iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə nazirlərinin qlobal koalisiyası ilə işimizi uyğunlaşdırırıq və bir sıra regional şəbəkələrlə işləyirik. Bunun bu dəyişikliklərə nail olmaq üçün mühüm yanaşma olduğunu hesab edirik”, - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla