AZ

Gömrükdə “RedBull” əməliyyatı – İdarə rəisi dindirildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Bakupost.az -ın məlumatına görə, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.

Aydın olub ki, gömrükçülər Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanaraq, onlardan külli miqdarda “RedBull” və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək, yük maşınları boş yola salınırmış.

Həmçinin, yoxlama zamanı Gömrük İdarəsində digər qanun pozuntuları da ortaya çıxıb.

Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilib. Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Şabanov bu ilin iyununda Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.




Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
34
Mənbələr
Şərh ()
Bağla