AZ

Qırğızlara tövsiyə: “Rusiyaya səfərdən çəkinin”

Qırğızıstanın Xarici İşlər Nazirliyi KİV-də Qırğızıstan Respublikası vətəndaşlarının Rusiyaya girişindən kütləvi şəkildə imtina edilməsi ilə bağlı dərc edilən məlumatı şərh edib.

Musavat.com 24.kg-a istinadla xəbər verir ki, Qırğızıstan XİN ölkə vətəndaşlarının Rusiya Federasiyasına girişinə kütləvi maneçilik törədilməsi halları barədə siqnalların Qırğızıstanın Rusiyadakı diplomatik nümayəndəlikləri və konsulluq idarələri tərəfindən qəbul edilmədiyini bildirib.

“Eyni zamanda, nazirlik Rusiya Federasiyasındakı vəziyyəti və onun qırğızıstanlıların hüquqi statusuna təsirini izləyir”, - mesajda deyilir.

XİN Qırğızıstan Respublikası vətəndaşlarına bir daha tövsiyə edir ki, üzrlü səbəblər olmadıqda, əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi götürülənə qədər müvəqqəti olaraq Rusiyaya getməkdən çəkinsinlər. Lazım gələrsə, giriş məhdudiyyətlərinin olub-olmadığını əvvəlcədən yoxlamaq lazımdır.

Mərkəzi Asiyadan olan miqrantların problemləri ilə məşğul olan hüquq müdafiəçisi Valentina Çupik Rusiya agentliyinə bildirib ki, Qırğızıstan və Özbəkistan vətəndaşları da Rusiyaya buraxılmır. Əvvəllər Tacikistandan gələn mühacirlərə qarşı oxşar tədbirlər həyata keçirilirdi.

Miqrantlar təkcə hava limanlarında deyil, yerüstü keçid məntəqələrində də geri qaytarılır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla