AZ

Seçicilərin 40%-i yaxın illərdə ABŞ-də vətəndaş müharibəsi gözləyir


Amerika seçicilərinin 41%-nin fikrincə, Birləşmiş Ştatlar yaxın beş il ərzində növbəti vətəndaş müharibəsi ilə üzləşə bilər.
Yeniavaz.com
xəbər verir ki, Amerikanın “Rasmussen Reports” tədqiqat təşkilatının dərc etdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.
Sorğunun nəticələrinə görə, respondentlərin 49%-i vətəndaş müharibəsinin yaxın beş ildə başlamaq ehtimalının az olduğunu bildirib, 10%-i isə tədqiqatçıların sualına cavab verməkdə çətinlik çəkib.
Digər tərəfdən, yaxın beş il ərzində növbəti vətəndaş müharibəsinin başlayacağına inananların 16%-i belə bir ssenarini böyük ehtimal kimi qiymətləndirib.
Həmçinin, sorğu iştirakçılarına noyabrda keçiriləcək prezident seçkilərində kimin qələbəsinin – ABŞ-nin indiki Prezidenti Co Baydenin, yoxsa, onun sələfi Donald Trampın – ölkədə vətəndaş müharibəsinə səbəb olacağı sualı verilib.
Sorğu iştirakçılarının 37%-i Bayden qalib gələcəyi təqdirdə, ölkədə daxili münaqişələrin baş verəcəyini, 25%-i isə Tramp qalib gələcəyi təqdirdə eyni hadisələrin olacağını deyib.
Sorğu 21-23 aprel tarixlərində aparılıb və 1,1 mindən çox vətəndaş iştirak edib. Sorğunun nəticələrinin statistik səhvi üç faiz bəndi kimi qiymətləndirilib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokratlar Partiyasından kifayət qədər nümayəndənin dəstəyini qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla