AZ

ABŞ döyüş təyyarələrini BƏƏ-dən Qətərə köçürür

 Birləşmiş Ştatlar Əbu-Dabidəki Ad-Dhafra aviabazasından hava hücumlarına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün BƏƏ-dən Qətərə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi nəqliyyat təyyarələrini köçürür.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, BƏƏ fevral ayında ABŞ-ı məlumatlandırıb ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və Əd-Dhafra aviabazasında yerləşən pilotsuz təyyarələrin Yəmən və İraqa zərbələr endirməsinə bundan sonra icazə verməyəcək. 

ABŞ rəsmilərinin sözlərinə görə, məhz bu qərar Amerika komandanlığını Qətərdəki Əl-Udeyd aviabazasına təyyarələr göndərməyə vadar edib, burada belə qadağalar yoxdur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla