AZ

Binəqədi rayonunda gənclərlə maarifləndirici görüş keçirildi

Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən 244 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin yollarda uşaq travmatizminin minimuma endirilməsində, eləcə də uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Daha sonra məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub və onları maraqlandıran suallar cavablandırılıb.

 

 

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla