AZ

UEFA həftənin ən yaxşısı adına 6 namizədi açıqladı

UEFA bu həftə baş tutan avrokubokların yarımfinal oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 2 namizəd var.

Çempionlar Liqasında namizədlər bunlardır: Mats Hummels (“Borussiya”, Dortmund, Almaniya) və Vinisius Junior (“Real”, İspaniya).

Mats Hummels Fransa nəhəngi PSJ-yə 1:0 hesabıyla qalib gəldikləri ev oyununda müdafiədəki etibarlı oyunu ilə diqqət çəkib. Onun bu oyundakı ötürmələrinin (86) 90 faizinin dəqiq olması da xüsusi qeyd oluna bilər.

Vinisius Junior isə Almaniya nəhəngi “Bayern”lə səfər oyununda komandasının hər iki qolunun müəllifi olub. Madrid təmsilçisi Münhendən sərfəli 2:2 hesabı ilə qayıdıb və cütün taleyini doğma azarkeşlərinin gözü qarşısında həll edəcək.

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər bunlardır: Ten Kopmeyners (“Atalanta”, İtaliya) və Robert Andrix (“Bayer”, Almaniya).

Ten Kopmeyners Marsel “Olimpik”i (Fransa) ilə səfərdə 1:1 hesablı heç-heçə oynadıqları qarşılaşmada bir assistlə yadda qalıb. Üstəlik, 26 yaşlı niderlandlı futbolçunun ötürmələrinin 87 faizi dəqiq olub.

Robert Andrix isə səfərdə İtaliyanın “Roma” komandasına 2:0 hesabıyla qalib gəldikləri görüşdə 1 qol vurub. Onun da ötürmələrinin 87 faizi dəqiq olub.

Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu adına bunlar namizədlər məlumdur. Bunlar Mbala Nzola (“Fiorentina”, İtaliya) və Ayub El Kaabidir (“Olimpiakos”, Yunanıstan).

Mbala Nzola doğma meydanda Belçika “Brügge”sinə qalib gəldikləri oyunda qələbə qoluna imza atıb – 3:2.

Ayub El Kaabi isə İngiltərədə “Aston Villa”nı 4:2 hesabıyla məğlub etdikləri qarşılaşmada het-triklə özündən söz etdirib.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermənin yekununa əsasən müəyyənləşəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla