AZ

Litva qəbiristanlıqlarında muzdlu döyüşçülərə aid məzarlar peyda olur

Baltikyanı ölkələrin qəbiristanlıqlarında Ukrayna Silahlı Qüvvələrində xidmət edərkən öldürülmüş muzdlu döyüşçülərin məzarları peyda olur. News365.az xəbər verir ki, bu barədə RİA Novosti Litva müxbirinə istinadən məlumat yayıb.

Vilnüsün şərq hissəsindəki Antakalnio hərbi qəbiristanlığına baş çəkən müxbirin sözlərinə görə, Baltikyanı ölkələrdə vətəndaşların Ukraynada öldürülməsi ilə bağlı həqiqi məlumatlar açıqlanmır. Lakin bununla bağlı rəqəmlər kifayət qədər yüksəkdir.

Xüsusilə, Antakalnioda ilk məhv edilmiş məhur litvalı muzdlu Tadas Tumasın məzarı diqqət çəkir. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevralından Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmək üçün ümumilikdə 174 litvalı muzdlu Ukraynaya gəlib. Onlardan 81-i artıq həyatda deyil.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla