AZ

Sane oynamayacaq

“Bayern”in vingeri Leroy Sane Almaniya çempionatında “Ştutqart”la keçiriləcək oyunda iştirak etməyəcək.

Futbolinfo.az “Kicker”ə istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxel almaniyalı futbolçunu Çempionlar Liqasının yarımfinalında “Real”la cavab oyununa saxlamaq qərarına gəlib.

Sane “Real”la ilk oyunda bir qol vuraraq, komandasının 2:2 hesablı heç-heçəyə nail olmasında kömək etmişdi. Cavab matçı mayın 8-də İspaniyada keçiriləcək.

Sane bu mövsüm Bundesliqada 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla