AZ

“Uşağı olmayanlardan vergi tutulsun!”

Yazını böyüt
Yazını kiçilt

Rusiyada əhalinin azalmasının qarşısını almaq üçün vaxtaşırı parlamentdə gündəmə gətirilən “uşaqsızlıq vergisi” praktikası haqqında ictimaiyyətin fikrini öyrənmək üçün sorğu keçirilib. Məlum olub ki, moskvalıların əksəriyyəti bu ideyanın əleyhinədir.

Hafta.az-ın yazdığına görə, “Superjob”un keçirdiyi sorğuda iştirak edən moskvalıların 89 faizi uşaqları olmayan evli cütlüklərə vergi tətbiqi təklifini dəstəkləmədiklərini bildirib. Hətta sorğuya qatılan qadınların 94 faizi bu cavabı verib.

Uşaqsızlıq vergisinə qarşı olanların nisbəti kişilər arasında yüzdə 84-dür.

Mütəxəssislər hesab edir ki, uşaq sahibi olmaq istəməyənlərin sayının artmasının əsas səbəbi gələcəklə bağlı narahatlıqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla