AZ

Bərbərxana bu gündən təqaüdçülərə havayı xidmət göstərəcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə təqaüdlərinin üzərinə artım hesablanmayan təqaüdçülər iyul ayını gözləyərkən, mühüm dəstək xəbərləri aldılar.

Hafta.az-ın yazdığına görə, dövlət qulluqçusu təqaüdçülərə yanvarda bərabər nisbətdə 49,25 faiz artım verilib. Bununla belə, onsuz da aşağı aylıq alan təqaüdçülər üçün heç nə dəyişməyib. Minimum pensiya 10 min lirəyə yüksəlsə də, bu nisbət aclıq həddinin çox altında qaldı.

Təqaüdçülər iyulda ediləcək artım və rifah payı əlavəsini səbirsizliklə gözləyərkən, 2024-cü il pensiya ili çərçivəsində tətbiqlənən sosial müavinətlər bir-bir ortaya çıxmağa başlayıb.

Təqaüdçülərə əlavə dəstək verəcək yardım paketi təqdim edilib. Bildirilib ki, bu paketə maaşından başqa gəliri və ya əmlakı olmayan pensiyaçılar üçün işıq, təbii qaz və su ödənişi, veriləcək pensiya kartları vasitəsilə ərzaq ödənişi dəstəyi daxildir.

31 mart seçkiləri zamanı prezident Rəcəb Tayyib Ərdoğanın ardıyla bir sıra bələdiyyə başçısı namizədləri təqaüdçülərə dəstək paketləri açıqlamışdı. Bu gün qalib gəlmiş bələdiyyə sədrləri yeni dövrlə bağlı vədlərini yerinə yetirməyə başladılar. Aksaray Bələdiyyə Başçısı Evren Dinçər, daha əvvəl də açıqladığı kimi, bərbərdə təqaüdçülərə pulsuz təraş dəstəyinin bu gündən etibarən başladığını açıqlayıb.

İstirahət evinin bağçasında Aksaray Bələdiyyəsinə xidmət göstərən bərbər salonunun qapıları təqaüdçü vətəndaşların üzünə geniş açılıb. Bu salonlara gəlmək istəyən təqaüdçülər başda təraş olmaqla bütün bərbər xidmətlərindən pulsuz yararlana biləcəklər.

Aksaray Bələdiyyə bərbərxanası həftə içi hər gün saat 08.00-da işə başlayacaq və gün boyu xidmət verəcək. Təqaüdçü vətəndaşlardan tələb yüksək olarsa, bərbər xidmətləri şənbə günü də davam edəcək. Aksaray Bələdiyyəsinin rəhbəri Evren Dinçər açıqlamasında şəhərdə yaşayan 7-dən 70-ə qədər hər kəsə bu çərçivədə xidmət göstərəcəklərini söyləyib.

Aksaray Bələdiyyəsi daha əvvəl də evindən çıxa bilməyən təqaüdçülərin qapısının ağzına bərbər gətirərək səyyar bərbər xidməti açmışdı. Tətbiqlə təkcə təqaüdçülərə deyil, əlil vətəndaşlara və xəstəlikləri səbəbindən evdən çıxa bilməyən vətəndaşlara da bərbər xidməti göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla