AZ

Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Çingiz Knyaz oğlu Həsənovu oxuculara təqdim edəcəyik.

 

O, 1953-cü ildə Ağcabədi rayonunda anadan olub.
1971-1977-ci illərdə Azərbaycan N.Nərimanov adına Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb.

 

Çingiz Həsənov 1979-1981 illərdə Xankəndi rayon Mərkəzi Xəstəxanasında həkimtravmatoloq işləyib.
1981-ci ildən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-travmatoloq vəzifəsində çalışır.

 

1983-cü ildə Bakı şəhərində Həkimlərin Təkmilləşdirmə İnsitutunda dörd ay travmatoloq-ortoped həkimi kimi kursda olub.

1987-ci ildə Ukraynanın Xarkov şəhərində travmatoloq-ortoped həkimi kimi kurs keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla