AZ

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Ali

Bakı, 3 may, AZƏRTAC

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu sona yaxınlaşır.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər mayın 6-sı saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Mayın 3-ü saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 26179, II qrup üzrə 21125, III qrup üzrə 22254, IV qrup üzrə isə 5411 abituriyent elektron ərizəsini təsdiq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq