AZ

D vitamininin xərçənglə mübarizədə faydası kəşf edildi

Xərçəngin müalicəsində D vitamininin yeni faydası kəşf edilib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bir növ bağırsaq florasını gücləndirdiyi müşahidə edilən vitamin immunoterapiyaya daha yaxşı cavab verir.


Əvvəlki tədqiqatlar D vitaminini müxtəlif xərçənglərin qarşısının alınması və müalicəsi ilə əlaqələndirib. Yeni araşdırmada, immunitet sistemindən faydalanaraq orqanizmin xərçəngə qalib gəlməsinə kömək edən immunoterapiya adlı müalicə metodunda bu vitaminin rolu müəyyən edilib.


Tədqiqatın bir hissəsi olaraq, siçanları D vitamini ilə zəngin bir pəhriz ilə bəsləyən tədqiqatçılar, heyvanların immun sisteminin xərçəngə daha yaxşı müqavimət göstərdiyini və immunoterapiyaya daha yaxşı cavab verdiyini müşahidə ediblər.


Alimlər bunun D vitamininin bağırsaqda Bacteroides fragilis adlı bakteriyaların miqdarını artırması nəticəsində baş verdiyini qeyd ediblər. İnsan orqanizmində də rast gəlinən bu bakteriyanın tək başına təsirini anlamaq istəyən komanda, normal səviyyədə D vitamini alan siçanlara "Bacteroides fragilis" verib. Bu siçanlar da şiş inkişafına daha yaxşı müqavimət göstəriblər.


"Bu, bir gün insanlarda xərçəngin müalicəsi üçün vacib ola bilər, lakin biz D vitamininin mikrobiom vasitəsilə necə və niyə bu təsirə malik olduğunu bilmirik. D vitamini çatışmazlığının korreksiyasının xərçəngin qarşısının alınmasında və ya müalicəsində faydalı olduğunu qəti şəkildə söyləmək üçün daha çox araşdırmaya ehtiyac var",-ABŞ-dəkı "Saint John" Xərçəng İnstitutundan cərrahi onkoloq Anton Bilçik deyib.
 

İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla