AZ

Qadınlar həyatlarının bu dönəmində daha çox depressiyaya girirlər

Yeni bir araşdırmaya görə, menopoz dövründəki qadınların hələ bu dövrə girməmiş qadınlara nisbətən depressiyaya düşmə ehtimalı təxminən yüzdə 40 daha çoxdur.


Sfera.az "CNN" televiziyasına istinadən xəbər verir ki, perimenopoz dövrü adətən menopozdan təxminən 3-5 il əvvəl başlayır. Bu dövrdə qadınlar estrogen və progesteron hormonlarının səviyyələrində dalğalanmalar yaşayırlar. Bu dalğalanmalar əhval dəyişikliyinə, menstruasiya pozuntularına və depressiya kimi digər simptomlara səbəb ola bilər.

 

Tədqiqatçılar qrupu qadınların həyatın müxtəlif mərhələlərində depressiyaya düşmə ehtimalını qiymətləndirmək üçün cəmi 9141 qadının iştirak etdiyi yeddi ayrı araşdırmanı diqqətlə nəzərdən keçirib.


ABŞ, Avstraliya, Çin, Hollandiya və İsveçrədən olan qadınlar öz əhval-ruhiyyələri və fiziki fəaliyyətə maraqları haqqında məlumat paylaşıblar.


Tədqiqat, perimenopozda olan müxtəlif yaşlarda olan qadınların hələ bu dövrə girməmiş qadınlara nisbətən ''depressiya əlamətləri göstərmə və depressiya diaqnozu qoyulma ehtimalının yüzdə 40 daha çox olduğunu'' aşkara çıxarıb.


Digər tərəfdən, tədqiqatçılar postmenopozal qadınlarda depressiya əlamətləri riskində əhəmiyyətli bir artım tapmayıblar.


Tədqiqatçıların fikrincə, perimenopoz zamanı depressiyaya düşmə ehtimalının yüksək olmasının bioloji səbəblərindən biri də bu dövrdə estrogen hormonunun azalmasıdır.


Tədqiqatçılar, bu dövrdə artan gecə tərləmələrinin yuxu problemlərinə səbəb ola biləcəyini və bunun da qadınları depressiyaya daha meylli edə biləcəyini ifadə ediblər.

İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla