AZ

İsveç polisi Quranın yandırılmasına icazə verdi

İsveç polisi Quranın yandırılması ilə bağlı daha bir aksiya keçirməyə icazə verib.
 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanların müqəddəs kitabı cümə günü, mayın 3-də Malmödəki Qustav Adolf meydanında yandırılacaq. Ertəsi gün isə orada Avroviziya mahnı müsabiqəsi başlayır.
 

"RİA Novosti"nin məlumatına əsasən, aksiyanın təşkilatçıları əvvəllər Quranı yandırmış iki nəfərdir.
 

Yerli polis sözçüsü Per Engström bildirib ki, aksiyanın məqsədi “incitmək və qəzəbləndirmək” olub. O, yerli sakinləri sakit olmağa və baş verənlərə reaksiya verməməyə çağırıb.
 

Bundan əvvəlki Quran yandırma mərasimi aprelin 26-da Stokholmda baş verib. Ona isveçli fəal Jade Sandberg rəhbərlik edib. Eyni zamanda o, mayın 3-də Malmödə oxşar tədbir keçirəcəyini açıqlayıb.
 

Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatı və onun bir çox üzvü Quranın yandırılmasını kəskin şəkildə pisləyib. İsveç səlahiyyətliləri bu cür hərəkətlərə icazə verən ictimai asayiş qanununa yenidən baxmağa başlayacaqlarını bildiriblər.
 

İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla