AZ

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe İspaniyanın paytaxtı Madriddə ev almaq istəyir.

"Report" “Voz Populi”yə istinadən xəbər verir ki, fransalı futbolçu İspaniyanın "Real" klubunun sabiq kapitanı Serxio Ramosun bir vaxtlar yaşadığı evi almaq niyyətindədir.

Potensial anlaşmanın təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm meydana çıxdığı 45 matçda 43 qola və 10 məhsuldar ötürməyə imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla