AZ

"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS

Bir çox xəstəliyin təməli mətbəxdə atılır. Aldığımız qidalar nə qədər təbii və sağlıqlı olsa da, onları düzgün şəkildə bişirmədikcə xəstəliklər daim bizi izləyəcək.
 
■ İlk əvvəl bütün yeməklər vam odda bişirilməlidir. Yüksək odda bişiriləndə tərkiblərində trans yağ yaranma riski artır. Bu cür etməklə yeməkləriniz daha sağlıqlı və daha dadlı olacaq.
 
■ Ət çox yaxşı bişirilməlidir ki, içindəki bakteriyalar sağlığımız üçün təhdid edici olmasın. Ətin ən sağlam bişirilmə şəkli qaynadılması və sobada bişirilməsidir. Əti qızartdıqda tərkibində kanserojen, yəni xərçəng xəstəliyinə səbəb olan maddələr yaranır.
 
■ Balığın da sağlıqlı bişirilmə şəkli buğlama şəklində və ya yandırmamaq şərti ilə manqalda bişirilməsidir. Balığın una batırılıb qızardılma şəkli sağlığınız üçün ən təhlükəlidir. Bu zaman balığın tərkibində xərçəng səbəb olan kansorejen maddələr yaranır və bununla yanaşı balığın bütün lazımlı mineralları məhv olur.
 
■ Kartofun da ən sağlıqsız bişirilmə şəkli yenə də onun qızardılmasıdır. Böyük kiçik hamının sevdiyi bu yemək çox təəssüf ki , sağlığımız üçün çox təhlükəlidir. Kartofu sağlıqlı şəkildə yemək üçün yağlı kağızın üzərinə düzüb , üzərinə yağ töküb sobada bişirməyinizdir.
 
■ Lobya, noxud və başqa paxlalıları bişirməzdən əvvəl 1 gün suda saxlayın ki, yeməkdə daha yumşaq olsunlar və mineralları tam olaraq yeməyə çıxa bilsin.
 
■ Demək olar ki, hər səhər yediyimiz yumurtanın bişirilmə şəkli də çox önəmlidir. Yumurta çox qaynadılan zaman sarısının ətrafında boz-yaşıl rəngə çalan təbəqə əmələ gəlir ki, bu artıq tərkibinin dəyişməsi və onda trans yağların əmələ gəlməsinin nəticəsidir. Yumurta çox qaynadılmayacaq. Əgər qaynadılmış şəkildə xoşlamırsınızsa, təbii nehrə yağında və ya soyuq sıxılmış sızma zeytun yağında qızartmamaq şərti ilə bişirib nuş canlıqla yeyə bilərsiniz. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla