Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalma ilə məşğul olmaq üçün potensialını gücləndirir.
“İki sahil” xəbər verir ki, bunu ADB-in baş direktorunun müavini və satınalmalar üzrə baş direktoru Cef Teylor bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-in iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.
“ADB dövlət satınalmaları sistemləri baxımından regionda unikal mövqeyə malikdir”, - o vurğulayıb.
C.Teylor bildirib ki, bank davamlılıq və dayanıqlı satınalma strategiyalarını həyata keçirmək üçün maliyyə resurslarından istifadə edəcək.