AZ

Azərbaycanda yarım milyondan çox mayası olan şirkət ləğv olunur

“AZ AQRO” ASC-nin ləğvi məsələsi müzakirə olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müzakirələr səhmdarların iyunun 20-də keçiriləcək yığıncağında aparılacaq.

Yığıncaqda eyni zamanda cəmiyyətin sədrinin hesabatı, illik maliyyə hesabatı və balansın təsdiqi və maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiysının hesabatı kimi məsələlər də müzakirə ediləcək.

Qeyd edək ki, “AZ AQRO” ASC 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 589 904 manatdır. Qanuni təmsilçisi isə ASC-nin idarə heyətinin sədri Füzuli Varansovdur. O, həm də Balakən rayonunda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, sahəsində aparılan işlərin əlaqələndirilməsi məqsədilə yaradılan qərargahın üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla