AZ

Poçettino: “Kopperfild deyiləm”

Mauritsio Poçettino istefaya göndəriləcəyindən əmindir. “Çelsi”nin baş məşqçisi komandanın uğursuz çıxışının yekununda yayda yola salınacağını bilir.

Futbolinfo.az xəbər verir ki, bununla belə, argentinalı mütəxəssis son turadək vəziyyəti düzəltməyə çalışır: “Hər həftə təzyiq altında olduğumu görmək ağırdır. Daim tənqid eşidirəm. Bunun yekununda növbəti mövsüm “Çelsi”də qalacağımı deyə bilmirəm. Bu barədə qərarı mən vermirəm. Amma düzgün yoldayıq. Klub rəhbərliyi bizim fəlsəfəmizi anlamalıdır, lakin onların da öz düşüncələrinin olduğuna əminəm”.

Dünən “Tottenhem” üzərində 2:0 hesablı qələbə belə Poçettinonun taleyinə çətin ki, müsbət təsir etsin: “Bütün xoşagəlməz vəziyyətlərə rəğmən, çalışmağa davam edirik. Doğru addımlar atırıq. Komanda matç boyunca bir-birinə bağlı idi. Nəyisə kəşf edə bilmərik, sehirli çubuğum yoxdur. Sehrbaz Devid Kopperfild deyiləm, amma doğru işlər görməyə çalışıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla