AZ

Rus hərbçilər ABŞ əsgərlərini sıxışdırır

Rusiya hərbçiləri Nigerdə ​​Amerika əsgərlərinin yerləşdiyi aviabazaya daxil olublar.

Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazır.

Agentliyin məlumatına görə, ruslar ABŞ ordusunun əsgərləri ilə qarışmamaq üçün öz bazası üçün ayrıca anqardan istifadə edirlər.

Söhbət Nigerin paytaxtı Niameydə Diori Hamani beynəlxalq hava limanının yanında yerləşən 101-ci aviabazasından gedir.

Nəşrin həmsöhbəti bu vəziyyətin “çox yaxşı olmadığını” etiraf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla