AZ

Bu gün Xalq artisti Aqşin Əlizadənin anım günüdür

Bu gün Xalq artisti Aqşin Əlizadənin anım günüdür. Mərhumun vəfatından 10 il ötür. 

Aqşin Əliqulu oğlu Əlizadə 1937-ci il mayın 22-də Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib.

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I dərəcəli diploma layiq görülüb.

"Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq monodik xarakteri ilə diqqəti cəlb edir.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir.

Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və başqalarıdır.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Xalq artisti Aqşin Əlizadə 2012-ci ilin mayın 21-də "Şərəf" ordeni ilə təltif olunub. Aqşin Əliqulu oğlu Əlizadə 2014-cü ilin mayın 3-də Bakıda vəfat edib.

O, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla