AZ

AFFA bu klubun Premyer Liqada iştirakına icazə verəcək?

2023/2024 mövsümü başa çatmaq üzrədir.

Sona dörd tur qalmış “Qəbələ”nin əsas liqanı tərk edəcəyi dəqiqləşib.

Azərbaycan Birinci Divizionunda əsas liqaya vəsiqə qazanmağa üç real namizəd var. “Qaradağ Lökbatan” hazırda turnir cədvəlinin vahid lideridir.

“Qaradağ Lökbatan” rəsmisi əsas liqaya yüksələ bilmə ehtimallarını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat katibi Sənan Məmmədov məsələ ilə bağlı oxu.az-a açıqlama verib:

“Hazırda çalışırıq ki, yüksək nəticə əldə edək və çempionatın qalibi olub yüksək liqaya keçə bilək. Komanda liqaya yüksələcəyi təqdirdə, əsas planımız lisenziyanın şərtlərinə uyğun olaraq işləri görməkdir.

Daha öncə “Neftçi” İctimai Birliyinin nəzdində olduğumuz üçün əsas liqaya yüksələ bilməmişdik. İndi isə sərbəst MMC kimi fəaliyyət göstərdiyimizə görə, liqaya yüksələ bilərik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla