AZ

“Qazprom”629 milyard zərər edib

Rusiyanın enerji şirkəti “Qazprom” 2023-cü ildə 629 milyard rubl (təxminən 6,8 milyard dollar) zərər edib.

Marja.az xəbər verir ki, “Qazprom”un dərc etdiyi hesabata görə, şirkətin gəlirləri 2022-ci illə müqayisədə ötən il 11,7 trilyon rubldan 8,5 trilyon rubla qədər azalıb.

Şirkətin satış gəlirləri də əvvəlki illə müqayisədə 2023-cü ildə 1,9 trilyon rubldan 364 milyard rubla qədər düşüb. Rusiya şirkəti ötən ili 629 milyard rubl zərərlə başa vurub.

2022-ci ildə 1,2 trilyon rubl xalis mənfəət əldə edən “Qazprom”un xüsusilə Avropaya təbii qaz ixracı sanksiyalara görə gəlirləri əhəmiyyətli dərəcədə azalıb.

Avropada yaşadığı gəlir itkisini Çinə və daxili bazara təbii qaz tədarükünü artıraraq kompensasiya etmək istəyən "Qazprom", mayeləşdirilmiş təbii qaza (LNG) investisiyalarını da artırır.

Qazprom

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla