AZ

Bakıda ilk “Qocalar evi“ni kim tikdirib? - FOTO

Azərbaycanda qocalar evinin yaranmasının qəribə tarixçəsi var.

Həmin tarixçəni News365.az-a tədqiqatçı Tural İrfan danışıb. O bildirib ki, Bakı milyonerlərindən olan tacir Hacıağa Dadaşov bir gecə yağışlı havada küçədə bir qoca görür:

"Maraqlanıb öyrənir ki, qocanın evi, kimsəsi, heç bir imkanı yoxdur. Çox mütəəssir olur. Və "Qocalar evi" yaratmaq qərarını verir. Bu məqsədlə Bilgəhdəki 12 hektarlıq bağ evinin ərazisində "Qocalar evi" tikdirir və oranın bütün ərzaq, təhsil və digər xərclərini də öhdəsinə götürür. Beləcə, Azərbaycanda ilk özəl "Qocalar evi" fəaliyyətə başlayır. Nəzərə alaq ki, Hacıağa Dadaşox çox maarifpərvər bir insan idi. O zamanında bir neçə məktəb və uşaq evləri tikdirib. 

Bu məsələdə ən maraqlı cəhət odur ki, o bütün xeyirxah əməllərini gizlin edirmiş, ən yaxınları belə bundan xəbərsiz imiş. Çox sonralar məlum olub ki, o hətta  oğlu Ağa Yusif vasitəsi ilə kimsəsiz, kasıb adamlara gizlin ərzaq, pul payladarmış, öz adının hallanmasını istəməzmiş... Bax, Bakının belə Hatəmləri olub vaxtilə. Allah hamısına rəhmət eləsin!"

May

İlhamə Qiyas, News365.az  

 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla