AZ

Amin Musayev əsir düşdüyü yerdə xatırladıqlarını danışdı – Video


Vətən müharibəsi qazisi Amin Musayev ermənilərə əsir düşməsinin təfərrüatları barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baku TV reportaj hazırlayıb.
Reportaj A. Musayevin iştirakı ilə onun əsir düşdüyü ərazilərdə hazırlanıb.
Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları belə xatırlayıb:
“Yerimi dəyişəndə güllə yarası aldım. Güllə məni qabağa tulladı. Qışqırıb döyüş yoldaşıma dedim ki, yaramı bağla. Dedi ki, əlimi qabağa gətirə bilmirəm. Kürəyini göstərdi, qəlpə ilə dolu idi. Gözünü göstərdi, dedi görmürəm. Baxdım gözünə qəlpə girib. Dedim, heç nə yoxdur, görəcəksən, narahat olma. Döyüş yoldaşıma dedim ki, mənim üçün bir dənə siqaret yandır, mən gedirəm. Elə bildim ki, ölürəm. Siqareti yamdırdı, iki-üç tüstü almışdım, özümdən getdim. Ayılanda gördüm ki, yanımda şəhid var. Başımı onun üstünə qoyub yatdım. Üç gün açıq ərazidə qaldım”.
O bildirib ki, üç gün sonra erməni hərbçilərinə əsir düşüb.
A.Musayev deyir ki, o əsirlikdə müxtəlif işgəncələrə məruz qalıb.
Daha ətraflı:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla