AZ

Türkiyə İsraillə ticarət əlaqələrini dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

Banco.az xəbər verir ki, məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı beynəlxalq müqavilələri pozmaqda və türk xalqının maraqlarına etinasızlıq göstərməkdə ittiham edən İsrailin xarici işlər naziri İsrael Katz  təsdiqləyib.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyə ixracının payına düşüb.

“Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”,-Türkiyənin Ticarət Nazirliyi bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla