AZ

Karlson: “ABŞ Macarıstana ona görə nifrət edir ki...“

"Vaşinqton Macarıstana nifrət edir. Buna səbəb Macarıstanın xeyli "ağ" və hədsiz xristian ölkəsi olmasıdır".

News365.az xəbər verir ki, bunu amerikalı məşhur jurnalist Taker Karlson Macarıstanın baş naziri Balaş Orbanın siyasi müşaviri ilə müsahibə zamanı deyib.

“Məncə, Vaşinqtonda sizə bu qədər nifrət etməyin səbəblərindən biri də siyasətçilərimizin Macarıstanın hədsiz "ağ" və xeyli xristian olmasına qərar vermələridir. Ölkə kütləvi miqrasiyanın köməyi ilə dəyişdirilməlidir və bütün Avropa ölkələri arasında buna “yox” deyən yeganə ölkə Macarıstandır”.

Orban isə öz növbəsində, Macarıstanın hələ də "sağ qalmasının" səbəbini məhz miqrasiyanın belə zəif olmasında görüb.   O qeyd edib ki, Qərbi Avropanın şəhərləri artıq “yükləniblər” və terror təhlükələri “antisemitizmin yeni formaları” ilə üzləşirlər.

“Sosial birliklər öz-özünə inkişaf etmir və bunun üzərində işləmək lazımdır. Onu məhv etmək çox asandır və miqrasiya qərarları bir çox Qərb cəmiyyətlərində sosial birliyini məhv edir”, - o qeyd edib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla