AZ

“ABŞ-da ədalətli seçki keçirilsə Bayden uduzacaq”

Bu fikri amerikalı jurnalist Taker Karlson deyib. Cümə axşamı o, öz saytında Macarıstanın baş nazirinin siyasi müşaviri və adaşı Balazs Orbanın müsahibəsini dərc edib.

“Co Bayden qocalıqdan əziyyət çəkir və bunu hamı bilir, o cümlədən, əlbəttə ki, hökumətimizi idarə edən, onun kuratorları olan insanlar da.
Demək istədiyim odur ki, onların ədalətli seçki keçirməsinin heç bir yolu yoxdur, çünki ədalətli seçki olsa, o, hakimiyyətini itirəcək”, – jurnalist bildirib.

Orban ABŞ-ın daxili siyasi problemlərini şərh etməkdən imtina edib, lakin “Avropanın bütün liberal elitasının hazırkı Amerika liderinin yenidən seçilməsinə ümid etdiyini” vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla