AZ

Konfrans Liqası: "Fiorentina" "Brügge"ni son dəqiqə qolu ilə "yıxıb"

Konfrans

İtaliyanın “Fiorentina” komandası UEFA Avropa Konfransı Liqasının yarımfinal mərhələsinin ilk oyununda Belçikanın “Brügge” komandası ilə qarşılaşıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, "Fiorentina" 5-ci dəqiqədə Rikkardo Sottil, 37-ci dəqiqədə Andrea Belotti və 90+1. dəqiqədə M'Bala Nzolanın qolları ilə oyundan 3-2 hesabı ilə qalib ayrılıb.

“Brügge”nin qollarını isə 17-ci dəqiqədə Hans Vanaken, 63-cü dəqiqədə Tiaqo vurub.

Onu da qeyd edək ki, qonaq komandanın futbolçusu Rafael Onyedika 61-ci dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə alaraq meydandan qovulub.

İki komanda arasında cavab qarşılaşması mayın 9-da keçiriləcək.

Azər
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla